Dərc edildi: Baxış sayı: 199
Çin lideri: Ukraynada sülhün bərpası üçün çalışmaq lazımdır
Ukraynada sülhün bərpası üçün çalışmaq lazımdır.
Ens.az Report.az-a istinadən xəbər verir ki, bu barədə Çin lideri Si Cinpin Almaniya kansleri Olaf Şoltsla telefon danışığında deyib.
Onun sözlərinə görə, regionda sülh və sabitlik üçün çalışmaq və eqoist iddialardan əl çəkmək lazımdır:
“Odun üstünə yağ tökmək olmaz. Sülhün bərpası üçün şərait yaratmaq və gərginliyi daha da artırmaqdan çəkinmək lazımdır”.
Çin lideri həmçinin bildirib ki, müharibənin qlobal iqtisadiyyata mənfi təsirlərini azaltmaq lazımdır.
Xatırladaq ki, Rusiya ilə Ukrayna arasında müharibə 2022-ci il fevralın 24-də başlayıb.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət