Slimfit
  1. DÜNYA

Çin hökumətindən sərt açıqlama – Koronavirusu BU ÖLKƏ YAYIB

Çin hökumətindən sərt açıqlama – Koronavirusu BU ÖLKƏ YAYIB
Sakura

Amerika izi: Çin ABŞ-ı COVID-19 ilə bağlı həqiqəti açıqlamağa çağırır

Çin Xalq Respublikasının Xarici İşlər Nazirliyinin rəsmisi Çjao Litszan yeni koronavirus COVID-19 -un yayılması fonunda ABŞ-ın hərəkətlərini tənqid edib.

O, özünün Tvitter səhifəsində, patogeni ABŞ hərbçilərinin Uhana gətirmiş ola biləcəklərini bildirib. Çin rəsmisi ABŞ Xəstəliklərə Nəzarət və Qarşısının Alınması Mərkəzinin direktoru Robert Redfildin açıqlamalarını da şərh edib.

Redfild, koronavirus testi aparmaq üçün kifayət qədər material tədarükü olduğundan əmin olmadığını söyləyib. O, testlərin alınmasında ləngimənin yoluxmuşların sayı ilə bağlı məlumatlardakı müəyyən uyğunsuzluqlarla əlaqədar olduğuna eyham vurub.

"ABŞ-da qondarma sıfır xəstə nə vaxt meydana çıxdı? Neçə insan yoluxub? Onları hansı xəstəxanalara aparıblar? Ola bilsin epidemiyanı Uhana çatdıran ABŞ hərbçiləri olub" deyən Çin Xarici İşlər Nazirliyinin nümayəndəsi Amerikanın koronavirusa qarşı yanaşmasını tənqid edib.

Çinli diplomat həmçinin ABŞ-dan koronavirusla bağlı vəziyyətə aydınlıq gətirilməsini tələb edib.

Ens.az bildirir ki, Litszan, COVID-19-ın ABŞ hərbçiləri tərəfindən ölkəsinə necə daxil edilə biləcəyi barədə heç nə deməyib.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Florida, ABŞ

Redaktor seçimi

SON XƏBƏRLƏR