Slimfit
  1. DÜNYA

Çin alimlərinin hazırladığı gel dişin mina qatını bərpa edir

Çin alimlərinin hazırladığı gel dişin mina qatını bərpa edir
Sakura

Çin alimlərinin hazırladığı gel dişin mina qatını bərpa edir

Çinli alimlər zədələnmiş diş minasını bərpa edən kalsium fosfatının xırda hissəcikləri əsasında xüsusi gel hazırlayıblar.

AZƏRTAC “Science Advances” elmi jurnalına istinadla xəbər verir ki, alimlər hazırladıqları geli zədələnmiş insan dişləri nümunələri üzərində sınaqdan keçiriblər. Mikrostrukturun tədqiqatı nəticəsində məlum olub ki, dişin mina qatı hətta əvvəlkindən də möhkəm alınıb. Bununla belə, onun qalınlığı cəmi 3 mikrometr, yəni təbii diş minasının qalınlığından 400 dəfə kiçik olub.

Hazırda alimlər geli siçanlar üzərində sınaqdan keçirirlər. Məhsul stomatoloji təcrübədən keçirilməzdən öncə onun tərkibindəki maddələrin insan orqanizm üçün təhlükəli olub-olmadığı diqqətlə yoxlanılacaq.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Məhəmməd Əmin Rəsulzadə, 1940-cı il

Redaktor seçimi

SON XƏBƏRLƏR