Dərc edildi: Baxış sayı: 483
Çin 25 mindən çox həkimi Hubeyə göndərib
Qurum rəsmisinin sözlərinə görə, hazırda Çinin digər bölgələrindən səfərbər edilmiş həkimlərin təxminən 80% -i virusun yayıldığı Uhan şəhərində işləyir...
Çinin mərkəzindəki Hubey əyalətində koronavirusun yeni ştammının (COVID-2019) yayılmasına qarşı mübarizədə həlledici mərhələyə qədəm qoyulub, ölkənin bütün bölgələrindən dəstək üçün ora 25,6 mindən çox tibb işçisi göndərilib.
İnterAz xəbər verir ki, bunu Çin Milli Səhiyyə Komitəsinin rəhbərinin müavini Van Heşen açıqlayıb.
“Davamlı səylər və qətiyyətli tədbirlər sayəsində xəstəliyin effektivliyini azalda bildik, virusun yayılmasını zəiflətdik”.
Qurum rəsmisinin sözlərinə görə, hazırda Çinin digər bölgələrindən səfərbər edilmiş həkimlərin təxminən 80% -i virusun yayıldığı Uhan şəhərində işləyir.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət