Dərc edildi: Baxış sayı: 592
Çimərliklərin durumu bir neçə gün sonra bəlli olacaq
Sanitar-Epidemiologiya Mərkəzi tərəfindən çimərliklərdə monitorinq davam edir
"Abşeron rayonunun inzibati ərazisində yerləşən çimərliklərdə dəniz suyunun laboratoriyasını aparırıq. Götürülmüş nümunələrin tədqiqatı aparılır. Lakin hələ ki yekun nəticələr bəlli deyil".
Bu sözləri Sputnik Azərbaycan-a açıqlamasında Səhiyyə Nazirliyinin Sanitar-Epidemiologiya Mərkəzinin şöbə müdiri Ziyəddin Kazımov deyib. Onun sözlərinə görə, nəticələr iyunun 5-6-da açıqlanacaq.
Qeyd edək ki, laboratoriya nəticələri əldə edildikdən sonra bu haqda ictimaiyyətə də məlumat veriləcək.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət