Slimfit
  1. CƏMİYYƏT

“Çimərliklər təhlükəsizdir, amma bunlara əməl edilməsə...” - Doktordan xəbərdarlıq

“Çimərliklər təhlükəsizdir, amma bunlara əməl edilməsə...” - Doktordan xəbərdarlıq
Sakura

“Çimərliklər təhlükəsizdir, amma bunlara əməl edilməsə...” - Doktordan xəbərdarlıq

“Yaxşı olardı ki, bəzi çimərliklər insanları ailəvi, bəziləri isə tək-tək qəbul etsin”.

Ens.az xəbər verir ki, bunu Teleqraf.com-a professor Adil Qeybulla deyib.

Professor qeyd edib ki, istənilən halda çimərliklər müəyyən təlimatlar əsasında fəaliyyət göstərməlidir: “Bilirik ki, çimərliklərin əksəriyyəti özəldir. Təlimatların başlıca göstəricisi ondan ibarət olmalıdır ki, çimərliklər insanları öz sahəsinə uyğun qəbul etsinlər. Bu məsələ sosial məsafənin gözlənilməsi baxımından aktualdır. Çünki insanlar dənizə girib çıxır, sahildə otururlar.

Məlumdur ki, insanlar dənizə ya ailəvi, ya da tək gedir. Bundan asılı olaraq bəzi müəyyənləşmələr aparılmalıdır. Yaxşı olardı ki, istirahətə gələnləri bəzi çimərliklər yalnız ailəvi, bəziləri isə tək-tək qəbul etsin. Çünki çimərliyin sahəsindən asılı olaraq insanlar sosial məsafəni gözləməlidirlər. Buna əsas prinsip kimi riayət olunmalıdır.

Çimərliklərdə dezinfeksiyaedici məhlullardan istifadə də yaxşı olardı. Açıq havada oturan və ya uzanan halda mümkün qədər bir-birilə məsafə saxlamaq məqsədəuyğundur. Çimərliklərdə xüsusi təhlükə yoxdur”.

Adil Qeybulla hesab edir ki, insanların çimərliyə necə gedəcəyi nəzərə alınmayıb: “Həftəsonu ictimai nəqliyyatın hərəkəti qadağan olunub, çox adamın da şəxsi avtomobili yoxdur. Buna görə çimərliklərə gediş-gəliş məsələsi nəzərə alınmalı idi.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

"Min bir gecə" baletinin (şəkildə) musiqisi Fikrət Əmirov, librettosu isə "Min bir gecə" nağılları əsasında Maqsud və Rüstəm İbrahimbəyovlar tərəfindən yazılmışdır.

Redaktor seçimi

SON XƏBƏRLƏR