Slimfit
  1. ELM

“Chevening” təqaüd proqramının builki qaliblərinə sertifikatlar təqdim olunub

“Chevening” təqaüd proqramının builki qaliblərinə sertifikatlar təqdim olunub
Sakura

“Chevening” təqaüd proqramının builki qaliblərinə sertifikatlar təqdim olunub

İngiltərənin Azərbaycandakı səfirliyi gənc liderlər üçün nəzərdə tutulmuş “Chevening” təqaüd proqramının 2018-2019-cu il qaliblərinə sertifikatların təqdim olunması ilə bağlı qəbul təşkil edib.

AZƏRTAC xəbər verir ki, görüşdə Böyük Britaniyanın Azərbaycandakı səfiri xanım Kerol Krofts çıxış edərək xaricdə təhsil almaq istəyən azərbaycanlı tələbələr üçün Britaniyanın əsas ölkə olaraq qaldığını bildirib. Səfir qeyd edib ki, bu, tələbələrin Britaniyada peşəkar, akademik təcrübə qazanması, eləcə də ölkə ilə yaxın əlaqələr qurması üçün nadir imkandır. Səfir bu günədək 200-ə yaxın gəncin “Chevening” təqaüd proqramından yararlanaraq Britaniyada təhsillərini davam etdirdiklərini qeyd edib.

Ölkələrimizin təhsil sahəsində əlaqələrinə toxunan xanım Krofts səfirliyin Azərbaycan ilə 1994-cü ildən bu proqram çərçivəsində sıx işlədiklərini diqqətə çatdırıb. Bunun Azərbaycan-Böyük Britaniya əlaqələrinin inkişafına xidmət etdiyini deyən diplomat proqramdan yararlanan gənclərin iki ölkə arasında münasibətlərin möhkəmlənməsinə töhfə verəcəklərinə əminliyini bildirib.

“Chevening” təqaüd proqramının builki qalibi Rəxşəndə Əlili AZƏRTAC-a müsahibəsində Kembric Universitetində maliyyə ixtisası üzrə magistr təhsili alacağını bildirərək bu şəbəkəyə üzv olmaqdan məmnunluğunu dilə gətirib: “Ümid edirəm ki, biz “Chevening” təqaüdçüləri bu şəbəkədən yararlana biləcəyik”.

Digər gənc lider Həmidə Zeynalova İngiltərənin Birmingham Universitetində təhsilini davam etdirəcəyini söyləyərək bir çox dövlət liderlərinin, siyasətçilərin, alimlərin məzun olduğu bu proqramda qalib gəlməsindən qürur duyduğunu deyib. Azərbaycanda sahibkar fəaliyyəti ilə məşğul olduğunu bildirən Həmidə Zeynalova İngiltərə təhsilinin onun biznes imkanlarını inkişaf etdirməyə kömək olacağını söyləyib.

“Chevening” proqramının liderlik və sosial şəbəkələşməyə üstünlük verməsinin onda qalib olmağa əminlik yaratdığını diqqətə çatdıran Cavid Qara Bristol Universitetində ətraf mühit siyasəti və idarəetməsi ixtisası üzrə təhsil alacağını, ekologiya sahəsində fəal qrup yaradacağını bildirib.

Tədbirdə bu il “Chevening” təqaüd proqramı ilə İngiltərədə təhsil almaq hüququ qazanan 9 azərbaycanlı gəncə sertifikatlar təqdim olunub. Qaliblər arasında AZƏRTAC-ın əməkdaşı Anar Rzayev də var.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Dünyanın ən bahalı evini Frenk Bakli tikib. İrland dizayneri tikinti materialı əvəzinə puldan istifadə edib

Redaktor seçimi

SON XƏBƏRLƏR