Slimfit
  1. MƏDƏNİYYƏT

Ceyms Bond heç vaxt qadın olmayacaq

Ceyms Bond heç vaxt qadın olmayacaq
Sakura

Ceyms Bond heç vaxt qadın olmayacaq

Bir müddət əvvəl internetdə şayələr yayılmışdı ki, Daniel Kreyqin gedişindən sonra yeni 007 agenti qadın ola bilər. Ceyms Bond haqqında romanların müəllifi yaşayarkən əsas qəhrəmanı qadın etməməyi israrla xahiş edib, amma 21-ci əsr klassikaya da dözülməz olub, buna görə də bir müddət bu məsələ açıq qalıb. İndi isə son nöqtəni Bondianın baş prodüseri Barbara Brokkoli qoydu.

O bəyan etdi ki, franşizada bəzi şeylər dəyişilməz qalmalıdır, bu baş qəhrəmanın cinsinə də aiddir. “Bond - kişi personajıdır. O əvvəlcədən kişi kimi xaraketrizə olunub və elə də qalacaq. Düşünürəm ki, bu yaxşıdır. Biz kişi personajlarını qadınlara çevirməyə borclu deyilik”, - o deyir. Bununla belə Danielin gedişindən sonra Bondu kimin əvəz edəcəyi hələ də məlum deyil. Kreyq üçün 2020-ci ilə planlaşdırılmış yeni seriya sonuncu olacaq, orada o 007 agenti rolunda oynayacaq.

Qeyd edək ki, son vaxtlar Hollivudda baş rola kişilərin əvəzinə qadınların seçilməsi praktikası daha da geniş yayılmaqdadır. Bu yaxınlarda “Doktor Kim” serialının yeni sezonu başladı, burada bir neçə ildə ilk dəfə olaraq baş rolu qadın oynadı. Tənqidçilər yeni seriyalara müsbət yanaşdılar, Codi Uittaker ilə “Doktor Kim” premyerasının auditoriyası son 10 il üçün rekord müəyyən etdi.

 

Mənbə: Peoples.ru

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Sadovı küçəsindən İçərişəhər mənzərəsi, Bakı, 19-cu əsrin sonu - 20-ci əsrin əvvəlləri.

Redaktor seçimi

SON XƏBƏRLƏR