Ceyhun Bayramov: "Peşə təhsili müəssisələrinə qəbul olan abituriyentlərin sayı artıb"
"Peşə təhsili inkişaf etmiş iqtisadiyyatın formalaşmasında mühüm rol oynayır".
"Report" xəbər verir ki, bunu təhsil naziri Ceyhun Bayramov"Azərbaycanda İnsan Kapitalı üzrə Forum"da deyib.
O bildirib ki, Prezident İlham Əliyev "Azərbaycan Respublikasında peşə təhsili və təliminin inkişafına dair Strateji Yol Xəritəsi"ni təsdiq edib: "Sənəddə peşə təhsili və təlimi sektoru üzrə 2020-ci ilədək strateji baxış, 2025-ci ilədək olan dövr üçün uzunmüddətli baxış və 2025-ci ildən sonrakı dövr üçün hədəf baxış müəyyən edilib. Strateji Yol Xəritəsi yerli və beynəlxalq səviyyədə özəl sektor nümayəndələri üçün məlumat və əməkdaşlıq vasitəsi olacaq".
Nazir qeyd edib ki, son bir neçə ildə peşə təhsili müəssisələrinə qəbul olan abituriyentlərin sayı 27 faiz artıb: "İnsan kapitalı təhsil keyfiyyəti ilə bağlıdır. Ali təhsilin keyfiyyətinin yüksəldilməsi olduqca vacibdir. Son 4 ildə ali məktəblərə qəbul olan abituriyentlərin sayı 20 faiz artıb".
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət