Dərc edildi: Baxış sayı: 818
Çexiya səfirindən Qarabağ açıqlaması: Tezliklə...
Çex Respublikası Azərbaycanla əməkdaşlığın inkişafına böyük önəm verir.
Axar.az xəbər verir ki, bunu Çexiyanın ölkəmizdəki səfiri Milan Ekert Milli Məclisin sədri Sahibə Qafarova ilə görüşündə deyib.
Səfir bildirib ki, Azərbaycan Çexiya üçün vacib strateji tərəfdaşdır. Səfir deyib ki, onun təmsil etdiyi ölkə Azərbaycanla ikitərəfli və çoxtərəfli formatda münasibətlərin dərinləşməsində maraqlıdır. Siyasi, iqtisadi, ticari və humanitar sahələrdə əlaqələrimizin inkişafı xalqlarımızın rifahına xidmət edir.
Səfir Cənubi Qafqazın bu bölgəsində baş verən prosesləri yaxından izlədiklərini dilə gətirərək, Dağlıq Qarabağ probleminin tezliklə aradan qalxacağına inamını ifadə edib.
Ens.az
Qeydiyyat tarixi:
Ens.az - 4 dildə xəbərlər və ensiklopediya saytı
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət