Slimfit
  1. TÜRKİYƏ

Cevdet Yılmaz: “Rauf Denktaş türk dünyasının dəyərli lideridir”

Cevdet Yılmaz: “Rauf Denktaş türk dünyasının dəyərli lideridir”
Sakura

Cevdet Yılmaz: “Rauf Denktaş türk dünyasının dəyərli lideridir”

“Rauf Denktaş türk dünyasının dəyərli lideridir”.

“Report”un Ankara bürosunun xəbərinə görə, bunu Ankarada Beynəlxalq Türk Mədəniyyəti Təşkilatı (TÜRKSOY) və Şimali Kipr Türk Cümhuriyyəti (KKTC) Ankara səfirliyinin əməkdaşlığı çərçivəsində Şimali Kipr Türk Cümhuriyyətinin qurucu prezidenti Rauf Raif Denktaşın anadan olmasının 100-cü ildönümü və sənətkar (fotoqraf) kimliyi ilə bağlı xatirə tədbirində TÜRKSOY-un Baş katibi Sultan Raevin ev sahibliyilə keçirilən tədbirdə Türkiyə Respublikasının Vitse-prezidenti Cevdet Yılmaz deyib.

Tədbirdə KKTC-nin Prezidenti Ersin Tatar, KKTC Baş nazirinin müavini, turizm, mədəniyyət, gənclər və ətraf mühit naziri Fikri Ataoğlu, KKTC-nin Türkiyədəki səfiri İsmət Korukoğlu çıxış ediblər.

Çıxışçılar Rauf Denktaşın KKTC-nin qurulmasındakı mübarizə yolundan, türk xalqına xas mədəniyyətinin daşıyıcılığından, sənətkarlıq-fotoqraflıq, şairlik fəaliyyətindən, insanlığa və təbiətə verdiyi yüksək qiymətdən bəhs ediblər.

Cevdet Yılmaz Rauf Dentaşı türk dünyasının dəyəri, böyük lider və qiymətli dövlət adamı adlandırıb: “Həyatının böyük qismini Şimali Kiprin qurulmasına həsr edən Rauf Denktaş təkcə xalqının lideri deyil, həm də bir sülh çarcısı idi. Kipr türklərinin müstəqilliyi üçün dəfələrlə özünü təhlükəyə atdı. Siyasi və hüquqşünas kimliyi ilə Kipr türklərinin öz gələcəklərini təyin etmələrində böyük rol oynadığı kimi, fotoqraf kimliyi ilə də xalqına və insanlığa xidmət etdi. Hər zaman özü ilə gəzdirdiyi fotoaparatla çox məqamları tarixiləşdirdi, sənədləşdirdi”.

Cevdet Yılmaz Türkiyənin bütün maneələrə rəğmən Şimali Kiprə hər cür dəstək verdiyini və bunun davam edəcəyini vurğulayıb.

Tədbirdə Rauf Denktaşla bağlı sənədli film, fotosərgi və mükafatlandırma mərasimi də keçirilib.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Sadovı küçəsindən İçərişəhər mənzərəsi, Bakı, 19-cu əsrin sonu - 20-ci əsrin əvvəlləri.

Redaktor seçimi

SON XƏBƏRLƏR