Dərc edildi: Baxış sayı: 455
Cənubi Koreya startapı “ağıllı” termometr hazırlayıb
Cənubi Koreyanın Busan şəhərində fəaliyyət göstərən "IsProbe" startapı dəriyə toxunmadan bədən temperaturunu ölçməyə imkan verən "ağıllı" termometr hazırlayıb.
Fins.az xəbər verir ki, "BoomCare" dəriyə toxunmadan bədən temperaturunu infraqırmızı ötürücü vasitəsilə dəqiqliklə ölçən və smartfonla işləyən "ağıllı" termometrdir.
Bildirilir ki, "IsProbe" şirkəti bu yaxınlarda ümumi dəyəri 540 min dollar təşkil edən termometrin Tayvana tədarükü haqqında üçillik saziş imzalayıb. Termometrlərin ilk partiyasının iyunda Tayvana göndəriləcəyi gözlənilir.
Şirkət nümayəndələrinin sözlərinə görə, bu, ilk xarici saziş olsa da, biz onun digər xarici bazarlara daxil olmaq üçün atılmış kiçik addım olduğunu hesab edirik.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət