Slimfit
  1. DÜNYA

Cənubi Koreya dövlət qurumlarını paytaxtdan çıxarır

Cənubi Koreya dövlət qurumlarını paytaxtdan çıxarır
Sakura

Cənubi Koreya dövlət qurumlarını paytaxtdan çıxarır

Cənubi Koreyanın hakim Demokrat Partiyası Milli Assambleyanın 18 komitəsindən 11-nin Seconq şəhərinə köçürülməsini planlaşdırıb.

Ens.az Teleqraf.com-a istinadən xəbər verir ki, bu, parlamentin Seuldan 120 kilometr məsafədə yerləşən Seconq şəhərinə köçürülməsi planı çərçivəsində reallaşacaq. Hakim partiya Seconqu ölkənin inzibati paytaxtı etməklə bağlı baş plan hazırlayıb. Plan detallı formada yaxın günlərdə geniş ictimaiyyətə təqdim olunacaq.

Güman olunur ki, parlamentin Seconqa köçürülməsi 1,3 milyard ABŞ dollarına başa gələcək. Artıq Seconqda bəzi nazirliklər və altqurumlar yerləşib.

“Seulu uzaq perspektivdə Şərqi Asiyanın iqtisadi və maliyyə mərkəzinə çevirmək istəyirik”, - deyə Demokrat Partiyasının sədri Li Nak-yon deyib.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Norveçdə körpü

Redaktor seçimi

SON XƏBƏRLƏR