Slimfit
  1. DÜNYA

Cenevrədə plastik tullantılara qarşı qlobal pakt qəbul edilib

Cenevrədə plastik tullantılara qarşı qlobal pakt qəbul edilib
Sakura

Cenevrədə plastik tullantılara qarşı qlobal pakt qəbul edilib

 

Dünyanın müxtəlif ölkələrinin plastik tullantılarla mübarizəsini gücləndirmək məqsədilə BMT-yə üzv olan 187 dövlətin nümayəndələri Cenevrədə ixrac olunan məhsullarla bağlı sərtləşdirilmiş qaydaları müəyyən ediblər.

AZƏRTAC xəbər verir ki, BMT-nin Cenevrə bölməsində qəbul olunan pakta əsasən, gələcək ölkələr plastik tullantıların idxalından imtina edə biləcəklər. Bu pakt gələcəkdə inkişaf etmiş ölkələrdən tullantıların ixrac edildiyi inkişaf etməkdə olan ölkələr üçün yardımçı xarakter daşıyır. Bundan sonra tərkibində plastik maddələrin üstünlük təşkil etdiyi tullantıları başqa ölkələrə ixrac edərkən artıq həmin ölkə hökumətinin birmənalı razılığı əldə olunmalıdır. İndiyədək tətbiq olunan praktikada aşağı dəyərli plastik tullantılar müxtəlif ölkələrə ixrac edilir və yerli hökumət qurumlarının razılığı olmadan fərdi ərazilərdə depolaşdırılırdı.

BMT-nin Ətraf Mühit Proqramının (UNEP) nümayəndəsi Rolf Payetin açıqlamasına görə, pakt hüquqi icbari status daşıyır və təhlükəli tullantıların transmilli daşınması, eyni zamanda utilizasiyasına dair 1989-cu il Bazel Konvensiyasını genişləndirir. Qeyd edilib ki, hər il təxminən səkkiz milyon plastik tullantı beynəlxalq sulara buraxılır. Hazırda dünya okean və dənizlərində yüz milyon ton plastik tullantı mövcuddur.

Pakta əsasən, hər bir ölkə ixrac etdiyi plastik maddələrin tərkibini ətraflı şəkildə göstərməlidir. Yeni BMT qaydalarına əsasən, tullantının ixracı yalnız onun dəqiq çeşidlənməsi və yeni emal üçün hazır vəziyyətə gətirilməsindən sonra mümkün olacaq. Bundan başqa isə plastik tullantıları idxal edən dövlətlərə onun emalı üçün təxmini dəstək göstəriləcək. Nəhayət, paktda dünyada plastik istehsalının məhdudlaşdırıması üçün səylərin gücləndirilməsi də əksini tapır.

Ekspertlər hesab edirlər ki, bu pakt bir tərəfdən plastik materialların istehsalına, digər tərəfdən isə tərkibində plastik maddələr olan məhsulların beynəlxalq ticarəti və tullantıların ətraf mühitə vurduğu zərərin qarşısının alınmasına müsbət təsir göstərəcək.

Qeyd edək ki, dünyanın bir sıra inkişaf etmiş ölkələri inkişaf etməkdə olan bəzi ölkələrə ucuz qiymətlərlə tullantı ixrac edir, həmin ölkələrdən tullantı depoları kimi sui-istifadə halları baş verir.

 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Dünyada ən sürətli təkər üzərində ev öz rekordunu yenilədi. Keçən il onun sürəti 128km/s idi, may ayında bu sürəti 162,61 km/s-a qədər artırdı, indi isə yarım km artırdı.

Redaktor seçimi

SON XƏBƏRLƏR