Slimfit
  1. MƏDƏNİYYƏT

Cəmşid Naxçıvanskinin ev-muzeyi ziyarət olunub

Cəmşid Naxçıvanskinin ev-muzeyi ziyarət olunub
Sakura

Cəmşid Naxçıvanskinin ev-muzeyi ziyarət olunub

Muzeydə böyük sərkərdə və onun adını daşıyan muzey haqqında qonaqlara ətraflı məlumat verilib. Bildirilib ki, görkəmli hərbi xadim, Azərbaycanın ilk milli atıcı diviziyasının komandiri Cəmşid Naxçıvanski xalqımızın qürur mənbəyidir. Bu böyük vətən oğlunun -generalın ata yurdunda onun ev-muzeyinin yaradılması ümummilli liderimiz Heydər Əliyevin  təşəbbüsü ilə olub.  22 oktyabr 1982-ci ildə Naxçıvan şəhərində Cəmşid Naxçıvanskinin ev muzeyi açılıb.

Cəmşid Naxçıvanskinin hərbi istedadı və bacarığı haqqında qeyd olunub ki, o  hələ Birinci Dünya müharibəsinin döyüş cəbhələrində özünü bir qəhrəman kimi təsdiq edib. 1915-ci ilin martında Cəmşid xan döyüşlərdə iştirak etmək üçün əmr alıb. O, əmisi – süvari qoşunu üzrə tam general Hüseyn xan Naxçıvanskinin komandirlik etdiyi Avstriya-Ruminiya cəbhəsində döyüşüb və  Brusilov cəbhəsinin yarılmasında keçirilən uğurlu hərbi əməliyyatda iştirak edib. Cəmşid Naxçıvanski döyüşlər zamanı dəfələrlə ağır yaralansa da döyüş cəbhəsini tərk etməyib. Müalicə aldıqdan sonra yenidən cəbhəyə yollanıb. Cəmşid Naxçıvanski döyüşlərdə göstərdiyi hərbi şücaətlərə görə ən yüksək ordenlərə, mükafatlara layiq görülüb. O, 4-cü dərəcəli “Müqəddəs Anna”, 3-cü dərəcəli “Müqəddəs Stanislav”, 3-cü dərəcəli “Müqəddəs Anna” və “Georgi Silahı” mükafatı alıb.

1920-ci ildə Azərbaycan Komandirlər məktəbinin rəis müavini, daha sonra rəisi vəzifəsinə təyin olunan Cəmşid Naxçıvanski 1921-ci il sentyabrın 10-da Azərbaycan atıcı diviziyasına komandir təyin olunub. 10 il həmin diviziyaya rəhbərlik edib. Diviziyaya rəhbərliyi dövründə o, bir neçə dəfə Moskvada hərbi akademiyanın ali komanda kurslarına göndərilib.  Bakıya isə artıq  hərbi işi dərindən bilən bir komandir kimi qayıdıb.

Ziyarətçilərə muzeyin guşələri haqqında, nümayiş etdirilən çoxsaylı eksponatlar barədə qonaqlara ətraflı məlumat verilib. Sərkərdənin həyat və fəaliyyətini əks etdirən fotoşəkillər, nümayiş olunan orden və medallar, müxtəlif sənədlər, məktub və əlyazmalar, Cəmşid Naxçıvanskiyə, Azərbaycan Atıcı Diviziyasının keçdiyi döyüş yoluna həsr olunmuş məqalələr, kitablar qonaqlar tərəfindən maraqla qarşılanıb.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

1959-cu ildə çəkilmiş Ayın əks tərəfinin ilk görüntüsü. Şəkil "Luna-3" sovet kosmik aparatı ilə çəkilmişdir.

Redaktor seçimi

SON XƏBƏRLƏR