Dərc edildi: Baxış sayı: 336
Çempionlar Liqasında həftənin qolu müəyyənləşdi
Çempionlar Liqasında bu həftənin ən yaxşı qolu müəyyənləşib.
Qol.az-ın UEFA-nın rəsmi saytına istinadən yaydığı xəbərə görə, azarkeşlər arasındakı səsvermənin nəticəsinə əsasən, “Barselona”nın yarımmüdafiəçisi İvan Rakitiç hamını qabaqlayıb. Xorvatiyalı futbolçunun “Tottenhem”lə oyunda (4:2) vurduğu qol sıralamada birinci olub.
Qeyd edək ki, Rakitiçlə yanaşı, "Yuventus”un yarımmüdafiəçisi Paulo Dibala, PSJ-sinin hücumçusu Neymar və "Brügge”nin futbolçusu Arno Qruneveldinin vurduğu qollar da həftənin ən yaxşısı adına namizəd idi.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət