Dərc edildi: Baxış sayı: 514
Çempionlar Liqasında həftənin ən yaxşı futbolçusu müəyyənləşib
UEFA Çempionlar Liqasında qrup mərhələsinin sonuncu – VI turunun ən yaxşı futbolçusu müəyyənləşib.
"Report" UEFA-nın rəsmi "Facebook" səhifəsinə istinadən xəbər verir ki, İngiltərənin "Mançester Siti" klubunun forvardı Leroy Sane azarkeşlər tərəfindən aparılan sorğuya əsasən ən yaxşı oyunçu adına layiq görüb.
22 yaşlı hücumçu bu nominasiyada Neymar (PSJ, Fransa), Endryu Robertson ("Liverpul", İngiltərə) və Qiymo Oaronu ("Yanq Boyz", İsveçrə) geridə qoyub.
Qeyd edək ki, Leroy Sane VI turda Almaniya "Hoffenhaym"ını 2:1 hesabı ilə məğlub etdikləri matçda hər iki qolun müəllifi olub.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət