Slimfit
  1. İDMAN

Çempionlar Liqası: "Zenit" qalib gəlib, "Valensiya" liderliyə yüksəlib

Çempionlar Liqası: "Zenit" qalib gəlib, "Valensiya" liderliyə yüksəlib
Sakura

Çempionlar Liqası: "Zenit" qalib gəlib, "Valensiya" liderliyə yüksəlib

UEFA Çempionlar Liqasında V turun daha 2 oyunu keçirilib.

"Report"un məlumatına görə, Rusiyada "Zenit" Fransa "Lion"unu qəbul edib. 

Görüş meydan sahiblərinin qələbəsi ilə yekunlaşıb - 2:0. Hesabı 42-ci dəqiqədə Artyom Dzyuba açıb. 84-cü dəqiqədə isə Məhəmməd Ozdoyev yekun nəticəni müəyyənləşdirib. Bu nəticədən sonra xallarını 7-yə çatdıran "Zenit" G qrupunda 2-ci pilləyə yüksəlib. Eyni xala malik "Lion" isə 3-cü pilləyə enib. xalla ilk sırada yer alan Almaniya "Leyptsiq"i saat 24:00-da başlanacaq qarşılaşmada Portuqaliya "Benfika"sını yensə, qrup lideri kimi 1/8 finala yüksələcək.

H qrupundakı matçda isə "Valensiya" İspaniyada Avropa Liqasının son qalibi "Çelsi" ilə heç-heçəyə nail olub - 2:2. Meydan sahiblərindən Karlos Soler 40-cı, Daniel Vass 82-ci, qonaqlardan isə Mateo Kovaçiç 41-ci, Kristian Pulişiç 50-ci dəqiqədə fərqlənib. Bu nəticədən sonra "Valensiya" 8 xalla liderliyə yüksəlib. Eyni xala malik "Çelsi" ikincidir. Lakin saat 24:00-da başlanacaq qarşılaşmada Hollandiya "Ayaks"ı Fransada 1 xalı olan "Lill"ə qalib gəlsə, xallarını 10-a yüksəldəcək və yenidən liderliyə yüksələcək.

Qeyd edək ki, turun qalan oyunu bu gecə keçiriləcək.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Qarabağlı qaradərili. Foto 1870-ci illərdə, ABŞ tədqiqatçısı Corc Kennanın Qafqaza səyahəti zamanı Qarabağda çəkilib.

Redaktor seçimi

SON XƏBƏRLƏR