Slimfit
  1. İDMAN

Çempionlar Liqası: Mövsümün qalan hissəsinin təqvimi rəsmiləşdi

Çempionlar Liqası: Mövsümün qalan hissəsinin təqvimi rəsmiləşdi
Sakura

Çempionlar Liqası: Mövsümün qalan hissəsinin təqvimi rəsmiləşdi

UEFA Çempionlar Liqasında 2019/2020 mövsümünün qalan hissəsinin təqvimi açıqlanıb.

Ens.az Report.az-a istinadən xəbər verir ki, bu barədə qitə futbol qurumunun yarışların təşkili üzrə direktoru Corco Marketti bu gün keçirilən mətbuat konfransında deyib.

O bildirib ki, turnirin oyunları 1/4 final mərhələsindən etibarən 12-23 avqust tarixlərində Portuqaliyanın paytaxtı Lissabonda "8-lər finalı" formatında keçiriləcək.

1/8 final mərhələsinin cavab qarşılaşmaları 7-8 avqustda oynanılacaq. Həmin matçların yeri barədə yaxın həftələrdə yekun qərar qəbul olunacaq.

12-15 avqust

1/4 final

18-19 avqust 

Yarımfinal

23 avqust

Final

2021-ci ildə Çempionlar Liqası finalı Türkiyənin İstanbul şəhərindəki Atatürk Olimpiya Stadionunda, 2022-ci ildəki həlledici qarşılaşma isə Rusiyanın Sankt-Peterburq şəhərindəki eyniadlı arenada olacaq.

2023-cü ildəki final matçı Almaniyanın Münhen şəhərindəki Münhen Arenada, 2024-cü ildə isə İngiltərənin paytaxtı Londondakı “Uembli” stadionunda baş tutacaq.

 

Mənbə:

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Əyləncə, 1928-ci il.

Redaktor seçimi

SON XƏBƏRLƏR