Dərc edildi: Baxış sayı: 603
“Çelsi”dən 38 yaşlı transfer
İngiltərənin "Çelsi" klubu heyətinə yeni oyunçu cəlb edib.
“Qafqazinfo” xəbər verir ki, London təmsilçisi İngiltərə milli komandasının keçmiş üzvü Robert Qrini rənglərinə bağlayıb. 38 yaşlı qapıçı ilə 1 illik sözləşmə imzalanıb.
Qrinin son klubu "Haddersfild" olub. O, ötən mövsüm komandasının heç bir rəsmi oyununda iştirak etməyib.
İngiltərə millisinin heyətində 12 oyun keçirən Qrin, "Norviç" klubunun yetirməsidir. O, karyerası ərzində "Vest Hem", QPR və "Lids" kimi komandalarda forma geyinib.
Qeyd edək ki, "zadəganlar"ın əsas qapıçısı Tibo Kurtuanın Madridin "Real" klubuna üz tutacağı gündəmdədir.
Ens.az
Qeydiyyat tarixi:
Ens.az - 4 dildə xəbərlər və ensiklopediya saytı
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət