Slimfit
  1. MƏDƏNİYYƏT

Çelentanonun yubileyi Bakıda qeyd ediləcək

Çelentanonun yubileyi Bakıda qeyd ediləcək
Sakura

Çelentanonun yubileyi Bakıda qeyd ediləcək

Sentyabrın 9-dan 13-dək Bakıda Adriano Çelentanonun 80 illik yubileyinə həsr olunan “Adriano Çelentano açıq hava film festivalı” keçiriləcək. SİA-nın məlumatına görə, İtaliya səfirliyi tərəfindən təşkil edilən festivalda Adriano Çelentanonun çəkildiyi ən məşhur və sevilən filmləri təqdim olunacaq: “Blef”, “Dəlicəsinə aşiq olan”, “Tuz”, “İnadkarın ram edilməsi” və “Məxmər əllər”.

Açıq hava nümayişləri “Landmark Rotunda Roof Garden”nin ətrafında keçiriləcək. Film rus subtitrləri ilə orijinal dildə olacaq. Giriş pulsuzdur.

Qeyd edək ki, aktyor, müğənni, bəstəkar, rejissor və şoumen kimi tanınan Adriano Çelentano 1938-ci ildə Milanda doğulub. Uzun və müvəffəqiyyətli karyerası zamanı ümumi tirajı 200 milyonu keçən 40 albom buraxıb.

1958-ci ildə gənc Çelentano film sənayesində karyerasına Federiko Fellininin 1960-ci ildə ekranlaşdırdığı “Dolce Vita”da rok müğənnisi rolunda başlayıb. 1969-cu ildə Pietro Cerminin “Serafino” filmində baş rolun qəhrəman kimi yaratdığı obraz ona şöhrət qazandırıb. Bir aktyor olaraq Çelentano əksəriyyəti komediya olmaqla təxminən 40 filmdə çəkilib.

 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Təsirli foto! Aprel Şəhidimiz Mahir Mirzəyevin əsgərliyə gedərkən atası ilə görüşü..

Redaktor seçimi

SON XƏBƏRLƏR