Cekfrut gələcəkdə əti əvəz edəcək
Müxtəlif yarpaqlı artokarpus meyvəsi təxminən 50 kq-a çata bilər, şəkildə 10 kq çəkisi olan göstərilmişdir. Foto: Paulett Tavormina
Böyük, tikanlı və lifli müxtəlif yarpaqlı artokarpus və ya çörək ağacı (cekfrut) meyvəsi elə də iştahaaçan görünmür. Amma yetişməmiş şəkildə ABŞ-da ətin əvəzedicisi kimi daha da məşhurlaşır.
Nutrition Business Journal məlumatlarına əsasən, amerikalıların dörddə biri az ət yeməyə başlayıb. Ətin əvəzedicilərinin satışı isə iki dəfə artıb. Elə buna görə də bir çox aşpazlar cekfrutu təşviq etməyə başlayıblar.
Zülalın olmamasına baxmayaraq, bu meyvə teksturasına görə əti xatırladır, nişasta ilə zəngindir və neytral dada malikdir. “Siz onu istədiyiniz kimi bişirə bilərsiniz”, - cekfrutu Los-Ancelesdəki restoranında çox istifadə edən şef aşpaz Kaysa Alcer deyir.
Cekfrutun əsas yayılma ərazisi Cənub-Şərqi Asiyadır.
Bununla belə, cekfrut təkcə ətin əvəzediciləsi kimi istifadə olunmur. Cənub-Şərqi Asiyada onun sarı meyvə ətini dondurma və ya kokos südünə əlavə edirlər. Cekfrutun qızardılmış toxumları isə dadına görə şabalıda bənzəyir - Asiyada ondan yüngül qəlyanaltı kimi istifadə olunur.
Gələcəkdə bu meyvənin digər ölkələrdə də istifadə olunub-olunmayacağını görəcəyik. Ondan başlayaq ki, artokarpusun meyvəsini kəsərkən ağ yapışqan şirə ayrılır və onu kəsmək çox çətindir.
“Ümumiyyətlə, bunlar elə də mehriban deyillər”, - Alcer etiraf edir. Buna baxmayaraq, cekfrutu qayğısız istifadə etmək istəyənlər üçün o təmizlənmiş formada qablarda satılır.
Mənbə: National Geographic Россия
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət