Slimfit
  1. MARAQLI

Cəhalət və naşükürlük – günahın əsas amilləridir

Cəhalət və naşükürlük – günahın əsas amilləridir
Sakura

Cəhalət və naşükürlük – günahın əsas amilləridir

Nə zaman günahı tərk edib ona qayıtmaq istəmirəm, tövbə edirəm, lakin yenə də günah edirəm. Bəs nə edim? Günahın səviyyəsini necə aşağı sala bilərəm?

Günahın ən böyük amillərindən biri - cəhalətdir. İnsanın Allahı, yaradılışın hədəfini, özünü tanımamasıdır. Hədislərimiz də dəfələrlə bu mövzuya işarə edərək, cəhalətin günaha səbəb olduğunu vurğulamışdılar.

İmam Əli (ə) Malik Əştərə buyurur: "Allah qarşısında heç kəs itaətsizlik etmir, məgər cahil bədbəxt". Həzrət Əli (ə) başqa yerdə buyurur: "Cəhalət - çirkinliyin mərkəzidir. Cəhalət  -çirkinliyin köküdür. Cəhalət - insanın məadının məhv olmasına səbəb olar".

Ona görə də əgər günahlarımızın səviyyəsini aşağı salmaq istəyiriksə, gərək elmimizi, mərifətimizi artıraq. Bu dünyanı tanıyaq, onun yaradılış hədəfini tanıyaq. Sonra da bu haqda təfəkkür edək.

İmam Əli (ə) buyurur: "Əgər hətta Allah bəndələrini itaətsizlik etməkdən və günahdan qorxutmasaydı, yenə də vacibdir ki, insan heç bir günaha düçar olmasın. Bu vasitə ilə nemətlərinə şükür etsin".

O kəs ki, günah edər, Allahın əmrinə itaətsizlik etmiş olar. Həqiqətdə Allahın ona verdiyi nemətləri məhv etmiş olar. Allah insana ona görə güc və qüvvə verir ki, onu ibadət yolunda sərf etsin. Lakin insan bu gücü günah yolunda sərf edən zaman, nemətlərinə naşükürlük etmiş olar.

Misal üçün bir nəfər oğurluq etmək istəyir. Bunun üçün bütün bədən üzvləri ona yardım etməlidir. Ağciyərləri daima tənəffüs etməlidir. Ürəyi nizamlı şəkldə işləməlidir ki, o, sağ qalsın. Gözləri gərək görsün ki, nə oğurladığını tapa bilsin. Qulaqları gərək eşitsin ki, özünü qoruya bilsin. Əlləri gərək hərəkət edə bilsin ki, əşyaları götürə bilsin. Əgər Allahın ona verdiyi nemətlərdən biri öz işini görməsə, həmin şəxs bu günahı etməyə qadir olmaz.

 

Ona görə də günahkar günah etməsi üçün həmin güc və imkanlardan istifadə edir ki, onlardan yaxşı işlər üçün istifadə etməli idi. Bu yolla günahkar insan Allahın nemətlərinə naşükürlik etmiş olar.

Əlbəttə, Allah bəndələrinə xəbərdarlıq etmişdir ki, günahı qarşısında cəza görəcəkdir. Əgər insan bu xəbərdarlığı almasaydı belə, yenə də İlahi nemətləri məhv etməyə ixtiyarı çatmırdı.

Dünyanın ən böyük atəşini bir stəkan su ilə söndürmək olar. Kifayətdir ki, doğru zamanı tapasan. Yəni, bu işi vaxtında görəsən. O zaman ki, atəş alovlanır və təzə yayılmağa başlamaq istəyir, sən onu bir stəkan su ilə də söndürə bilərsən.

Günahın təsiri də o cürdür. Əgər əvvəldən onu söndürmək üçün səy göstərsən, bütün həyatını əhatə etməz. Əgər həyatını əhatə edərsə, bəzən onu söndürmək mümkünsüz olur.

Mənbə: milli.az

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

1989-cu ildə üç rəngli bayrağımız ilk dəfə Gəncə Şəhər İcra Hakimiyyəti binasının üzərində dalğalanmışdır.

Redaktor seçimi

SON XƏBƏRLƏR