Dərc edildi: Baxış sayı: 1950
Cəfər Cabbarlı - Turan ellərinə salam söyləyin
Məhəmmədzadə Mirzəbala qardaşıma töhfə
Huma quşu Şərqə doğm uçarkən,
Gündoğuşdan murad suyu içərkən,
Sabah yeli altun dağdan keçərkən,
Turan ellərinə salam söyləyin.
Bir gözəl görsəniz göylər elindən,
Öpün dalğalanan ipək telindən.
Od yurdunun yavmlan dilindən
Turan ellərinə salam söyləyin.
Baykalda görsəniz ördək izləri,
Unutmayın tapşırdığım sözləri.
And verirəm, dumalanm, sizlərə
Turan ellərinə salam söyləyin.
Intizar gözlərdən Xəzər doğuldu,
Həsrət ürəyimiz yanar dağ oldu.
Dillərimiz Turan deyə yomldu
Turan ellərinə salam söyləyin.
Ulduzlu bir göy, tac üstə aypara,
Bir al yaylıq verim yetirin yara.
Dumalar, dumalar bizdən dübarə
Turan ellərinə salam söyləyin.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət