Slimfit
  1. AZƏRBAYCAN

Cəbhə bölgəsində ağacəkmə aksiyası keçirilib

Cəbhə bölgəsində ağacəkmə aksiyası keçirilib
Sakura

Cəbhə bölgəsində ağacəkmə aksiyası keçirilib

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevanın dahi şair İmadəddin Nəsiminin 650 illik yubileyi ilə əlaqədar bir gündə 650 min ağac əkilməsi təşəbbüsü çərçivəsində cəbhə bölgəsində yerləşən Tərtər rayonunda ağacəkmə aksiyası keçirilib.

"Report"un Qarabağ Mərkəzinin verdiyi məlumata görə, aksiya yüksək fəallıqla keçib.

Şairin irsinin daha geniş təbliği, eyni zamanda yaşıllıqların artırılması və ekoloji mühitin sağlamlaşdırılması məqsədi daşıyan bu nəcib və xeyirxah aksiyanın yüksək səviyyədə keçirilməsi üçün ağac əkini üçün nəzərdə tutulan ərazilər əvvəlcədən təmizlənib, hamarlanıb, xətlər çəkilib və çalalar qazılaraq əkinə tam hazır vəziyyətə gətirilib.

Tərtərlilər aksiya çərçivəsində Tərtər-Bərdə, Tərtər-Hindarx, Tərtər-Şıxarx, Tərtər-Gəncə avtomobil yollarının kənarlarında, Tərtər şəhərində və rayonun kəndlərində 500 ədəd şam, 3000 ədəd göyrüc, 2500 ədəd akasiya, 2000 ədəd iydə, 1000 ədəd çinar, 1000 ədəd sərv, yerli tingçilər tərəfindən isə 5 min ədəd müxtəlif növ meyvə ağacları əkiblər.

Aksiya zamanı ərazidə, ümumilikdə, 15 min ağac əkilib. Ağac əkilən ərazilərdə təmizlik işləri aparılıb, ağaclara aqrotexniki qulluq göstərilib və suvarılması həyata keçirilib.

Əlavə olaraq, gün ərzində Çin Xalq Respublikasından baramaçılığın inkişafı məqsədi ilə gətirilən 30 min ədəd tut tinginin də əkilməsinə start verilib.

Tərtərlilər rayon mədəniyyət mərkəzinin özfəaliyyət kollektivinin hazırladıqları konsertin musiqi sədaları altında bayram əhval-ruhiyyəsi ilə ağacəkmə aksiyasını davam etdiriblər.

Qeyd edək ki, bu gün Azərbaycanda ağacəkmə kampaniyasına start verilib. Ağacların əkiləcəyi ərazilərin xəritəsi hazırlanıb. Xəritə Naxçıvan Muxtar Respublikası da daxil olmaqla Azərbaycanın bütün regionlarını əhatə edir. Ağacların böyük hissəsi magistral yolların kənarında əkilir. Ən çox bar verən nektar ağaclarının əkilməsinə üstünlük verilir. Ölkədə, ümumilikdə, 650 min ağac əkiləcək.

Xatırladaq ki, ağacəkmə aksiyasında məqsəd dahi şair İmadəddin Nəsiminin dünya əhəmiyyətli poeziyasının beynəlxalq aləmdə təbliği, xatirəsinin əbədiləşdirilməsi, Azərbaycanın ədəbi və mədəni irsinin tanıdılmasıdır. 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Türkiyədə şəhid düşən əsgərin bacısı dəfn mərasiminə qardaşının formasınında.... Gözlər hər şeyi deyir...

Redaktor seçimi

SON XƏBƏRLƏR