Slimfit
  1. AZƏRBAYCAN

Çavuşoğlu “Doğan Günəş” ordeni ilə təltif edildi

Çavuşoğlu “Doğan Günəş” ordeni ilə təltif edildi
Sakura

Çavuşoğlu “Doğan Günəş” ordeni ilə təltif edildi

Noyabrın 22-də Tokioda Yaponiya Xarici İşlər naziri Toşimitsu Moteqi türkiyəli həmkarı Mövlud Çavuşoğlu ilə iki ölkə arasında qarşılıqlı maraq doğuran məsələləri müzakirə edib.

Axar.az xəbər verir ki, əvvəlcə T.Moteqi G20 ölkələri Xarici İşlər nazirlərinin görüşündə iştirak etmək üçün Tokioya gələn həmkarını Yaponiyanın “Doğan Günəş” ordeni ilə təltif olunması münasibətilə təbrik edib.

Yüksək mükafata görə minnətdarlığını bildirən M.Çavuşoğlu bundan sonra da ikitərəfli münasibətlərin inkişafı üçün səylərini əsirgəməyəcəyini deyib.

Görüşdə ikitərəfli əlaqələr, Yaponiya ilə Türkiyə arasında iqtisadi tərəfdaşlıq barədə razılaşma (EPA) ilə bağlı danışıqların gedişi ilə əlaqədar fikir mübadiləsi aparılıb. Nazirlər təbii fəlakətlər zamanı risklərin azaldılması məqsədilə qarşılıqlı əməkdaşlığın dərinləşdirilməsi istiqamətində fəaliyyətin artırılmasının vacibliyini qeyd ediblər.

Regional məsələlər barədə fikir mübadiləsi aparan tərəflər Yaxın Şərqdə vəziyyət barədə də danışıblar. T.Moteqi bildirib ki, Yaponiya Suriyada siyasi proseslərdə əldə edilən tərəqqini yüksək qiymətləndirir və Türkiyə daxil olmaqla bütün tərəflərin Suriya böhranının aradan qaldırılması, humanitar vəziyyətin yaxşılaşdırılması istiqamətində səylərinin əhəmiyyətini xüsusi qeyd edir.

 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Payız meşəsinin mozaikası

Redaktor seçimi

SON XƏBƏRLƏR