Dərc edildi: Baxış sayı: 386
Çavuşoğlu Bakıdan səsləndi: ABŞ-a nota göndərdik
Qırmızı bülletenlə axtarışda olan terrorçu Məzlum Kobani ilə müttəfiq olduğumuz ölkənin görüşü qəbuledilməzdir.
Axar.az xəbər verir ki, bu sözləri Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu Qoşulmama Hərəkatının dövlət və hökumət başçılarının XVIII zirvə görüşündə səsləndirib. O bildirib ki, bu, terrorizmlə mübarizədə zəifliyin göstəricisidir:
“Biz ABŞ-a nota göndərdik ki, təmasda olduğunuz terrorçu haqqında “qırmızı bülleten” var. Belə bir terrorçu ilə görüşməyiniz qəbuledilməzdir”.
Çavuşoğlu həmçinin çıxışında Azərbaycanın işğal altında olan torpaqlarının geri qaytarılması üçün əllərindən gələni edəcəklərini bildirib.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət