Dərc edildi: Baxış sayı: 475
Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Azərbaycan xalqını təbrik edib
Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Azərbaycan xalqını təbrik edib.
AzVision.az xəbər verir ki, bu barədə Çavuşoğlu özünün tvitter səhifəsində yazıb.
“Bakının bolşevik-daşnak işğalından azad edilməsinin 100 illiyini qardaş Azərbaycanla birlikdə qeyd edirik.” – deyə, Çavuşoğlu Azərbaycan xalqına təbrik mesajı ünvanlayıb.
Qeyd edək ki, sentyabrın 15-də Bakının bolşevik-daşnak işğalından azad edilməsindən 100 il ötür. 1918-ci il sentyabrın 15-də Nuru Paşanın rəhbərlik etdiyi Qafqaz İslam Ordusu və Azərbaycan Korpusu Bakıya daxil olaraq şəhəri erməni-bolşevik işğalından azad edib. Beləliklə, həm Azərbaycanın müstəqilliyi təmin olunub, həm də ermənilərin və bolşeviklərin Bakı və ətraf rayonlardakı ağalığına son qoyulub.
Bakının erməni-bolşevik işğalından azad edilməsi XX əsr Azərbaycan tarixinin ən şərəfli səhifələrindən biridir.
Möhtəşəm və tarixi qələbədən sonra Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin paytaxtı sentyabrın 17-də Gəncə şəhərindən Bakıya köçürülüb. Beləliklə, Azərbaycanda dövlət quruculuğunun əsas mərhələsinə start verilib.

Şərhlər
Şərhləri göstər Şərhləri gizlət