Dərc edildi: Baxış sayı: 747
Cavid Hüseynov: "Azərbaycanda yeni məhkəmə yaradılacaq"
"Azərbaycanda yeni məhkəmə yaradılacaq".
Metbuat.az-ın məlumatına görə, bunu "Məhkəmə islahatlarında yeni mərhələ" mövzusunda keçirilən brifinqdə Məhkəmə-hüquq Şurası aparatının rəhbəri Cavid Hüseynov bildirib.
Onun sözlərinə görə, Azərbaycan ən islahatçı 10 ölkədən biridir: "Bu səbəbdən də sahibkarlığın inkişafı ilə bağlı yeni məhkəmə hazırlanacaq. İxtisaslaşmış məhkəmədə peşəkar hakimlər çalışacaq. Yeni məhkəmənin qısa müddətdə fəaliyyətə başlaması üçün işlər görülür. Bu məhkəmənin fəaliyyəti sahibkarlığın inkişafına öz töhfəsini verəcək".
Günay Elşadqızı
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət