Slimfit
  1. QADINLAR ÜÇÜN

Cavanlaşmaq istəyənlər üçün gavalı maskaları

Cavanlaşmaq istəyənlər üçün gavalı maskaları
Sakura

Cavanlaşmaq istəyənlər üçün gavalı maskaları

Alça və gavalının insanı gəncləşdirdiyi qədim zamanlardan bəlli bir həqiqətdir.

Gavalını həm yemək, həm də maska şəklində üzə çəkmək faydalıdır. Gavalı maskası dəriyə həm parlaqlıq verir, həm də ləkələri yox edir. Gavalının tərkibindəki təbii turşular ölü dəri hüceyrələrini təmizləyir, kollagen toxumalarını sıxlaşdırır. Gavalıdan hazırlanan maska sızanaq və qara nöqtələrlə dolu olan üz dərisi üçün əsl dərmandır. Başda E vitamini olmaqla müxtəlif vitaminlərlə zəngin olan gavalı dərinin elastikliyini artırır və qırışları açır.

Tərkibindəki fol turşusu sayəsində dərini ətraf mühitin verdiyi zərərlərdən mühafizə edir.

Bəs, dərinin dostu olan bu meyvədən necə faydalanmaq olar?

Publika.az sizə gavalıdan gözəllik iksiri hazırlamağın bir neçə üsulunu təqdim edir:

1.Gavalının çəyirdəklərini çıxarın. Meyvəni yaxşıca yuyub suda bişirin. Soyuduqdan sonra blendrdan keçirib üzünüzə çəkin. 20 dəqiqə gözləyib ilıq su ilə üzünüzü yuyun. Bu maskanı həftədə iki dəfə çəkə bilərsiniz.

2. İki ədəd təzə gavalını bişirib püre halına salın. Soyuduqdan sonra 1 çay qaşığı balla qarışdırın. Bu maska qırışları açır. Maskanı hər gün çəkə bilərsiniz.

3. İki ədəd gavalını püre halina gətirin. Üzərinə 1 çay qaşığı bal və bir xörək qaşığı qarabaşaq unu əlavə edib qarışdırın. Üzünüzə çəkib 15 dəqiqə saxlayın. Dərinizi ilıq su ilə təmizləyin. Bu maska quru dəri tipləri üçün uyğundur. Dərini nəmlə təmin edir və qidalandırır. İki gündən bir çəkmək olar.

4. 1 dəstə yuyulub, təmizlənmiş cəfərinin üzərinə qaynar su tökün. 5 dəqiqə gözlədikdən sonra 1 xörək qaşığı cəfəri suyu ilə gavalı püresini qarışdırın. Üzünüzə çəkib masaj edin. 10 dəqiqə saxlayıb yuyun. Bu maska sızanaqların yaranmasının qarşısını alır. Həmçinin, dərini günəşin ultrabənövşəyi şüalarından, ətraf mühitin mənfi təsirindən qoruyur.

5. Normal və qarışıq dəri tipinə sahib olanlar da gavalıdan istifadə edə bilərlər. Bunun üçün iki ədəd gavalını püre halına gətirib üzərinə 1 çay qaşığı nişasta əlavə etmək lazımdır. Bu maskanı gündə bir dəfə çəkmək olar.

Qeyd edək ki, gavalının cavanlaşdırıcı xüsusiyyətlərindən faydalanmaq üçün onu qida menyunuza da daxil etməlisiniz.

Hər gün gavalı şirəsi və ya gavalı kompotu için. Yeməklərdən sonra 4-5 ədəd gavalı yeyin.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

İspaniya tərcümədə "dovşanlar məkanı" deməkdir

Redaktor seçimi

SON XƏBƏRLƏR