Slimfit
  1. DÜNYA

Casus iddiası: Rusiya və İsveçrə arasında qalmaqal

Casus iddiası: Rusiya və İsveçrə arasında qalmaqal
Sakura

Casus iddiası: Rusiya və İsveçrə arasında qalmaqal

Davosda Rusiya vətəndaşlarının casusluq etməsi ilə bağlı yayılan xəbərlər həqiqəti əks etdirmir.

Axar.az xəbər verir ki, bu sözləri Rusiyanın İsveçrədəki səfiri Stanislav Smirnov deyib.

O bildirib ki, bu yöndə yayılan xəbərlər İsveçrə və Rusiya əlaqələrini “baltalamağa” xidmət edir:

“Yeni bir jurnalistik spekulyasiyadır. “Tages Anzeiger”in jurnalistləri dəfələrlə casusluqla bağlı xəbərlər yayaraq iki ölkənin münasibətlərini pozmağa cəhd göstərib. Sözügedən xəbərin Davos Forumu ərəfəsində gündəmə gətirilməsi müəyyən şübhələr yaradır”.

Qeyd edək ki, Davos şəhərində casusluqda şübhəli bilinən iki Rusiya vətəndaşı saxlanılsa da, sonradan onların günahsız olduqları məlum olub və sərbəst buraxılıblar.

 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Şirvan Bico xalçası, Kanada Tekstil Muzeyinde saxlanılır.

Redaktor seçimi

SON XƏBƏRLƏR