Dərc edildi: Baxış sayı: 645
Çarter reysləri dayandırılıb - RƏSMİ
“Xaricdə olan vətəndaşların ölkəyə gəlməsi üçün xüsusi və açıq məsələ yoxdur. Çarter reysləri dayandırılıb. Çünki İstanbuldan olan hava reysi ilə - AZAL və “Türk Hava Yolları” ilə vətəndaşlarımız ölkəyə gəlir”.
Ens.az Oxu.Az-a istinadən xəbər verir ki, bunu Nazirlər Kabineti yanında operativ qərargahın keçirdiyi mətbuat konfransında Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev bildirib.
Onun sözlərinə görə, quru sərhədləri ilə Gürcüstan və Rusiya istiqamətindən qrafik çərçivəsində vətəndaşların gətirilməsi davam etdirilir.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət