Slimfit
  1. AVTO VƏ MOTO

Carlex Design “dəhşətli” GT R PRO kupesini hazırlayıb

Carlex Design “dəhşətli” GT R PRO kupesini hazırlayıb
Sakura

Carlex Design “dəhşətli” GT R PRO kupesini hazırlayıb

Polşada fəaliyyət göstərən Carlex Design tüninq studiyası Mercedes-AMG GT R PRO yarış avtomobilinin interyerini qotik üslubda tərtib edib. Tattoo Edition adlandırılmış kupenin interyerini tünd yaşıl rəngli dəri, boz alkantara və xaki rəngli zamşa üzləyiblər. Bundan başqa, oturacaqlarda və qapı kartlarında uçan kəllə şəklində olan qeyri-adi naxışları görmək olar.

Carlex Design tərəfindən hazırlanmış Mercedes-AMG GT R PRO modelinin salonu yalnız vizual olaraq zavod xüsusi versiyasına bənzəmir: stilistlər funksional “çömçə” oturacaqlarını, yarı çərçivəli təhlükəsizlik qəfəsini və yarış kupesinin digər atributlarını qoruyub saxlayıblar. Təhlükəsizlik kəmərləri də interyerə uyğun olaraq yaşıl rəngədirlər.

GT R PRO Tattoo Edition modelinin salonu məşum sayılır: sükan və ön panelin alt hissəsi tünd alkantara ilə örtülmüş, interyerin yuxarı hissəsi, dirsəkaltı və oturacaqın yan tərəfləri yaşıl dəri ilə üzlənmişdirlər. İnteryerdəki əsas ştrix - oturacaqların antrasit yastıqlarındakı qanadları olan kəllə naxışlarıdır.

Tüner ekstremal kupenin dəqiq aerodinamikasına toxunmayıb: Carlex dizaynerləri kuzovu möhtəşəm tünd yaşıl mat rəngli boya ilə rəngləyiblər. Yüngül AMG təkər diskləri xüsusi olaraq hazırlanmış Carlex diskləri ilə əvəzləniblər.

Texniki cəhətdən heç bir dəyişiklik edilməyib: Mercedes-AMG GT R PRO kupesi 585 at qüvvəsi və 700 Nm fırlanm anı hasil edən 4,0-litrlik V8 biturbo mühərriki və 7-pilləli preselektiv “robot” ilə təchiz edilir. Ötürmə - arxa oxadır. Dəbdəbəli interyer əlbəttə ki, kupenin çəkisinə bir neçə kilqoram əlavə edəcəkdir, lakin onun eksklüzivliyi də dəflərlə artmışdır.

Unikal AMG GT R PRO Tattoo Edition kupesi konkret müştərinin xüsusi sifarişlə hazırlanmışdır. Carlex Design atelyesinin hazırladığı kupe yeganə nüsxədə mövcuddur. Kupenin qiyməti açıqlanmayıb, lakin Almaniyada “adi” GT R PRO modelinin satış qiyməti 212 min avrodan başlayır. Ekstremal “trek” kupesi 750 nüsxəlik tirajla istehsal ediləcəkdir.

 

Mənbə: Autograph.az

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Dünyada ən sürətli təkər üzərində ev öz rekordunu yenilədi. Keçən il onun sürəti 128km/s idi, may ayında bu sürəti 162,61 km/s-a qədər artırdı, indi isə yarım km artırdı.

Redaktor seçimi

SON XƏBƏRLƏR