Dərc edildi: Baxış sayı: 381
Canavar sürüsü Xınalığa hücum etdi
Qubada yağan güclü qardan sonra canavar sürüsü kəndə girib. Sürü halında dolaşan canavarlar Quba rayonun Xınalıq kəndin yaxınlığında müşahidə edilib.
Kənd sakinləri Oxu.Az-ın bölgə müxbirinə bildiriblər ki, qar yağandan sonra ətrafda çox sayda canavar dolaşmağa başlayıb.
Sürüdə qurdların sayı 7-8, bəzən isə daha çox olub.
Kənd camaatı ayıq-sayıq olduğundan hələ ki, sakinlərə heç bir ziyan dəyməyib.
Amma onların kənd üçün təhlükəli olduğu məlum məsələdir.
Sakinlər bildirib ki, canavarların vurulması qadağan olduğundan yırtıcıları tüfənglə vurmağa çəkinirlər.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət