Bir çoxları fikirlərir ki, C vitamininin qəbulu soyuqdəymə və ya qripp xəstəliyinin inkişafından xilas…
Bir çoxları fikirlərir ki, C vitamininin qəbulu soyuqdəymə və ya qripp xəstəliyinin inkişafından xilas edə bilər.
Təəssüf ki, heç bir vitamin və mineral soyuqdəymə və qrippin qarşısını ala bilmir. Lakin araşdırmalar göstərir ki, C vitamini xəstəliyin müddətini azalda bilər.
Finlyandiya alimləri araşdırma zamanı soyuqdəymə xəstəliyi olan bir qrup insana C vitamini verirdilər, digər qrup bu vitamini qəbul etmirdi. Nəticədə məlum olub ki, C vitamini qəbul edən insanlar həqiqətən daha tez sağalıb.
NUHÇIXAN xəbər verir ki, mütəxəssislər soyuqdəymə və qrippin ilk simptomlarında C vitamini qəbul etməyi tövsiyə edirlər.
Nəzərə almaq lazımdır ki, bu vitaminin həddindən artıq miqdarda qəbulu orqanizmə ziyan vurur, o cümlədən qaraciyərə toksiki təsir edir. Bu səbəbdən bu və ya digər vitamini qəbul etdikdən əvvəl həkimlə məsləhətləşmək lazımdır.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət