Slimfit
  1. TİBB VƏ SAĞLAMLIQ

C vitamini çatışmazlığı bu xəstəklilərə yol açır

C vitamini çatışmazlığı bu xəstəklilərə yol açır
Sakura
:0

C vitamini çatışmazlığı bu xəstəklilərə yol açır

Gencaile.az” saytı xəbər verir ki, türkiyəli mütəxəssis Sedat Işık C vitaminin əhəmiyyətini izah edib.

O, bildirib ki, Vitamin C suda həll olunan vitaminlərdən biridir, bədəndə sintez olunması və ya saxlanılması mümkün deyil. Odur ki, yalnız gündəlik qəbul edilən qidalar yolu ilə orqanizmin ehtiyacı qarşılana bilər. Bu vitamin olmadıqda skorbit xəstəliyi yaranır. Skorbit xəstəliyi C vitamininin çatışmazlığından irəli gəlir və bu xəstəlik zamanı diş ətlərində iltihab və qanama müşahidə olunur.

Geç iyileşen yaralar C vitamini eksikliğine işaret ediyor

C vitamini bədənimizə daxil olduğu andan immun sisteminə necə təsir edir?

Payızdan başlayaraq soyuqdəymə və qrip kimi xəstəliklərə qarşı profilaktik təsir göstərir.

Üst tənəffüs yolları xəstəliklərinin simptomlarını azaltmağa kömək edir.

Müalicə müddətində şəkər xəstələrinə lazımi müqavimət göstərməyə kömək edir.

İmmun sistemini gücləndirdiyi üçün bir çox xəstəliklərə, xüsusilə xərçəngə qarşı müdaifə rolunu oynayır.

Yüksək qan təzyiqinin aşağı düşməsini təmin edərək insult riskini azaldır.

Dərinin səthindəki hüceyrələri yeniləyir, yaraların və ya buna bənzər halların sağalmasına kömək edir.

Sinir sistemindəki hüceyrələri tarazlıqda saxlayır və bununla da insanın ruhi xəstəliklərə tutulma sürətini azaldır.

Gec sağalmış yaralar C vitamini çatışmazlığını göstərir.

C vitamini çatışmazlığı varsa, dəri özünü yenilənə bilməz və göyərmə meydana gəlir.

Ağız, dodaq, burun içində və yanaqlarda yaralar görülür.

Sinir hüceyrələrinin ehtiyac duyduğu turşunun miqdarının azaldılması sinirlərin zədələnməsinə səbəb olur və bu vəziyyət beyin inkişafına mənfi təsir edir.

Sümüklərdə və əzələlərdə şiddətli ağrı hiss edilir.

Yaralar gec sağalır və keçməyən sızanaq ləkələrə səbəb olur.

C vitamini olan yeməklər

C vitaminin faydaları

Xüsusilə portağal, qırmızı bibər, kivi, limon, naringi, yaşıl bibər, itburnu və qırmızı kələm C vitamini ilə çox zəngindir. Bunlardan başqa; çiyələk, brokkoli, noxud, üzüm və cəfəri də C vitamini ehtiyaclarını ödəyə biləcək qidalar arasındadır.

Gün ərzində 2 stəkan portağal suyu kifayətdir

Gündəlik C vitamini ehtiyacını 2 stəkan portağal suyu və ya 1 orta boy kivi ilə qarşılamaq mümkündür. Qeyd edək ki, C vitamini istilik, işıq və oksigenə həssasdır. Bişdiyi zaman C vitamini təxminən 30-40 faiz itkiyə məruz qalır. Odur ki, daha çox çiy halda yemək tövsiyə olunur. Yaxud da bu qidaları buxarda bişirməklə vitamin itkisini minimuma endirmək mümkündür.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Əliağa Kürçaylı məşhur xanəndə Cabbar Qaryağdıoğlunun qızı Şəhla xanımla evlənib.

Redaktor seçimi

SON XƏBƏRLƏR