“Bütün müdafiə imkanlarımızı Azərbaycanla bölüşməyə hazırıq” - Fuat Oktay
"Azərbaycanın torpaqlarını Ermənistan işğalından azad etməsi uğrunda apardığı mübarizədə Türkiyə olaraq lazım olan bütün müdafiə imkanlarımızı can Azərbaycanla bölüşməkdə davam edəcəyik”.
Ens.az Yenisabah.az-a istinadən xəbər verir ki, bunu Türkiyə Prezidentinin köməkçisi Fuat Oktay Prezident Administrasiyası nəzdindəki Müdafiə Sənayesi Nazirliyinin quruluşunun 35-ci ili ilə əlaqədar keçirilən tədbirdə deyib.
O bildirib ki, Türkiyə öz müdafiə ehtiyaclarını milli imkanlarıyla qarşılamaqla yanaşı, dost, mütəffiq ölkələrin ehtiyaclarını qarşılayacaq:
"Buna misal kimi Azərbaycanının Dağlıq Qarabağdakı haqlı savaşında istifadə etdiyi İHA və SİHA-Iarı göstərə bilərik. Biz Türkiyə olaraq Azərbaycanın torpaqlarını işğalçı Ermənistandan geri alması uğrunda apardığı mübarizəni dəstəkləyirik".
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət