Slimfit
  1. MARAQLI

Bütün dövrlərin ən yaxşı 5 ətiri...

Bütün dövrlərin ən yaxşı 5 ətiri...
Sakura

Bütün dövrlərin ən yaxşı 5 ətiri...

Ətir hər bir qadının sevdiyi, çox istifadə etdiyi, hətta xarakterini yansıdan bir kosmetik vasitədir. Hər il yüzlərlə növdə və adda ətirlər insanların istifadəsi üçün istehsal ounub satışa çıxarılır. Bir çox markanın və növün arasında qadınların əksəriyyətinin çox bəyəndiyi brendlər isə bir əfsanə olaraq adlarını tarixə yazdırmışdırlar. Ən çox bəyənilən bu 5 ətir brendinin hansılar olduğunu, onların yaranma tarixlərini və tərkiblərini sizə təqdim edirik.
Chanel No 5-Coco Chanel: Dünyanın ən məşhur ətri. Heç bir ətir bu qədər tanınmadı və sevilmədi. Coco Chanel 1921-ci ildə bu ətri satışa çıxardığı zaman qadın kimi qoxan bir ətir hazırlamaq istədiyini və buna nail olduğunu demişdi. Tərkibində yasəmən, səndəl ağacı, əmbər kimi bitkilər olan bu ətir fərqli qoxuları qarışdıran ilk ətirdir. Bundan əvvəlki ətirlərdə yalnız bir çiçək qoxusundan istifadə edilirdi.
Miss Dior-Christian Dior: Bu ətir sofistik və zərif bir stili təmsil edir. 1947-ci ildə istehsal edilən bu ətrin adı Christian Diorun bacısı Catherine Diora xitabən "Miss Dior" olaraq qeyd edilmişdi. Şüyüd, yasəmən və "paçuli" bitkilərinin qoxularının qarışığı olan möhtəşəm bir ətirdir.
Opium - Yves Saint Laurent: Ətir ustası Louis Sieuzac tərəfindən hazırlanan "Opium" ilk dəfə 1977-ci ildə satışa çıxarılmışdır. Opium "tiryək" deməkdir və satışa çıxarıldığı ilk vaxtlarda adına görə Amerikadakı çinlilərin qəzəbinə səbəb olmuşdu. Lakin buna baxmayaraq həmin ad qaldı və çox miqdarda satış əldə etdi. Portağal, keşniş və bibər üst notlarına sahib olan ətrin orta notları yasəmən və qızılgüldən təşkil olunmuşdur.
Shalimar-Guerlain: 1925-ci ildə Jack Guerlain tərəfindən istehsal edilən bu ətir ilk oriyental (şərq) ətirdir. Guerlain dünya tarixində eşqləri dillərə dastan olan Cahan Şah ilə şahzadə Mümtaz Mahalın eşqindən ilham alaraq bu ətri hazırladığını demişdi. Bu ətrin tərkibində berqamot, kəhrəba, süsən çiçəyi və vanil bitkilərinin qoxuları vardır. Bu ətrin adı ilə bağlı bəzi müzakirələr yaşanmışdır. Guerlain "Shalimar" sözünün Sanskritçədə "eşq məbədi" mənasında olduğunu dediyi halda, bəzi insanlar tərəfindən bu sözün Ərəb mənşəli olduğu və "ay işığı" mənasını verdiyi iddia edilməkdədir.
Poison-Christian Dior: 25 illik bir tarixi olan bu ətir hələ də səltənətini davam etdirməkdədir. Ədviyyatlı, meyvəli notların qarışığı olan bu ətir 1987-ci ildə ətir sahəsinin Oskarı hesab edilən "Fifi" mükafatına layiq görülmüşdür.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Hacı Zeynalabdin Tağıyevin cangüdəni, 1900-cü il.

Redaktor seçimi

SON XƏBƏRLƏR