Slimfit
  1. DÜNYA

Finlandiya polisi hərəkətə keçdi - 120 min vətəndaşa haker hücumu

Finlandiya polisi hərəkətə keçdi - 120 min vətəndaşa haker hücumu
Sakura

Finlandiya polisi hərəkətə keçdi - 120 min vətəndaşa haker hücumu

Finlandiya Mərkəzi Kriminal Polisi və Helsinki Polisi kiberhücum nəticəsində baş vermiş irimiqyaslı məlumat sızmasını araşdırmağa başlayıb.

Redaktor.az "izvestiya"ya istinadən xəbər verir ki, bu barədə mayın 17-də polisin saytında məlumat verilib.

Saytın məlumatına görə, Helsinki şəhər administrasiyası aprelin 30-da təhsil və tərbiyə departamentinin informasiya şəbəkəsinə baş verən kiberhücum barədə polisə məlumat verib.

İlkin məlumata görə, təhsil sisteminin işçiləri, uşaqlar və onların valideynləri də daxil olmaqla 120 min vətəndaş haker hücumunun qurbanı ola bilər.

Bundan əvvəl Helsinkinin rəqəmsallaşma direktoru Hannu Heykkinen şübhəli fəaliyyətin Rusiyadan gələ biləcəyini desə də, açıqlamalarına heç bir sübut təqdim etməyib.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

"Zamanın qapısı"

Redaktor seçimi

SON XƏBƏRLƏR