Slimfit
  1. AZƏRBAYCANLI

Business Insider-də çalışan azərbaycanlı proqramçı: Burada əldə edəcəyiniz təcrübə əvəzolunmazdır

Business Insider-də çalışan azərbaycanlı proqramçı: Burada əldə edəcəyiniz təcrübə əvəzolunmazdır
Sakura

Nyu-Yorkda çalışan azərbaycanlı proqramçı: Burada əldə edəcəyiniz təcrübə əvəzolunmazdır

Samir Yəhyazadə artıq neçə ildir ki, Nyu Yorkda yaşayır və proqramist olaraq fəaliyyət göstərir. Samir bir ildən artıqdır ki, İnsider media şirkətində proqramlaşdırma üzrə mütəxəssis olaraq çalışır.

İnsider Amerikanın və həmçinin dünyanın qabaqcıl onlayn media şirkətlərindən biridir. Business İnsider olaraq fəaliyətə başlayan sayt, öncəliklə iqtisadi xəbərlər dərc etməklə məşhurlaşıb. Bugün şirkət xəbər platformasını genişləndirərək, siyasi, ictimai xəbərlər, habelə, mədəniyyət, texnologiya və idman xəbərləri də yayınlayan böyük media şirkətlərindən birinə çevrilib.

İnsider şirkətinin Amerikadan savayi ingiltərə, İtaliya, Yaponiya və digər ölkələrdə şöbələri var. Şirkətin Nyu York şöbəsində 400-dən çox jurnalist, 70-ə qədər texnik işçi çalışır. Samir Yəhyəzadə bu şirkətin veb proqramlaşdırma mütəxəssislərindən biridir. Söhbət zamanı o, çalışdığı sahə üzrə təhsil almadığını bildirib:

“Nəyinki bu sahədə, mənim ümumiyyətlə ali təhsilim yoxdur. Orta təhsilimi Nərimanovda yerləşən Bakı Türk liseyində almışam. Bizim vaxtımızda digər məktəblərdə hələ güclü kompyuterlər yox idi. Ama bizim liseyin informatika otağına yeni kompyuterlər gətirilmişdi. O qədər həyəcanlanmışdım ki, hətta bu kompyuterləri otağa özüm daşımışdım. İnformatika sahəsinə sevgim də elə o sinifdə başladı. Dərslər bitər-bitməz ev tapşırıqları hazırlayıb informatika otağına gedirdim. Hətta bəzən gecəyə qədər orada zaman keçiridim.”

Samir Amerikada, xüsusilə yeni internet texnologiyaları sahəsində uğur qazanmaq yolundada təhsildən çox təcrübənin böyük rol oynadığını qeyd edib:

“Azərbaycandakı gəncələrə məsləhətim odur ki, ordakı məntiqi, mentaliteti qoyun qırağa və Azərbaycandan kənara çıxın. Mən demirəm ki, Azərbaycanı ömürlük atın, amma təcrübə qazanmaq üçün xaricə gedin. Əsasən də, Amerikaya gəlin, Amerikada işləyin. Çünki burda əldə edəcəyiniz təcrübə əvəzolunmazdır.”

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Bakı, 1959

Redaktor seçimi

SON XƏBƏRLƏR