Dərc edildi: Baxış sayı: 529
Mərkəzi Afrika dövlətlərindən olan Burundinin paytaxtı köçürüləcək
Mərkəzi Afrika dövlətlərindən olanBurundinin paytaxtı köçürüləcək.
"Report" "Anadolu" agentliyinə istinadən xəbər verir ki, bu barədə dövlət başçısı Pyerr Nkurunzizanın sözçüsü Jan Klod Karerşa Ndenzakoözünün "Twitter" hesabında yazıb.
O, bildirib ki, ölkənin yeni paytaxtı Gitega olacaq. Hazırkı paytaxt Bujumbura isə iqtisadi mərkəz kimi qalacaq. Prezidentin rəsmi nümayəndəsi yeni ildən etibarən Giteganın paytaxt olaraq qəbul edilməsi ilə bağlı göstəriş aldığını deyib.
Jan Klod Karerşa Ndenzako qeyd edib ki, 2019-cu ildən Nazirlər Şurası Gitegada toplanacaq. İlkin mərhələdə həmin şəhərə 5 nazirlik köçürüləcək.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət