Slimfit
  1. TİBB VƏ SAĞLAMLIQ

Burun tutulmasının əsas səbəbləri

Burun tutulmasının əsas səbəbləri
Sakura

Burun tutulmasının əsas səbəbləri

Burun tutulması nəfəs almaqda çətinlik yaradan əsas problemlərdən biridir. Hər 100 nəfərdən 10-20-si bu problemdən əziyyət çəkir. Əgər qarşısı alınmasa iy və dad bilmə qabiliyyəti də getdikcə yox ola bilər.

İmmunitet.az xəbər verir ki, Acıbadəm Altunizade xəstəxanasının qulaq -burun -boğaz xəstəlikləri mütəxəssisi Murat Topdağ burun tutulmasının müalicə edilməsini vacib şərtlərdən hesab ediyini bildirib. Onun sözlərinə görə, burun tutulması problem deyil, hansısa xəstəliyin əlamətidir:

“Əsas məsələ mövcud problemi aşkar etməkdir. Çünki əsas müalicə düzgün diaqnozdan sonra başlayır”.

Bəs burun tutulmasının səbəbləri nədir?


- Burunda sümük və ya qığırdaq əyriliyi səbəblər sırasındadır. Adətən hansısa qəza sonası bu əyrilik yaranır. Əgər nəfəs darlığı daha da çətinləşərsə cərrahi müdaxilə ola bilər.

- Burunun daxilində konka adlandırılan ətlər var. Bu ətlər burundan keçən havanı soyuqda isitmək, istidə soyuq tutmağa kömək edir. Bu ətlər bəzən böyüyüb, bəzəns kiçilə bilər. Böyüməkləri adətən allegiyadan və ya iltihabi səbəblərlə bağlı ola bilər. Həkim qeyd edib ki, allergiya səbəbindən baş verərsə dərman müalicəsi ilə bunu müalicə etmək mümkündür.

- Soyuqlama zamanı viruslardan burun tutulması baş verə bilər. Virus infeksiyaları səbəbindən paliplər yarana bilər. Bu da öskürək, bronxit və astma xəstəliyinə səbəb ola bilər.

- Burunun daxilində yaranan şişlər ciddi burun tıxanıqlığına səbəb olur. Həkim, bu növ şişlərin ciddi müdaxilə və müalicə tələb etdiyini vurğulayıb:

“İlk olaraq biopsiya ilə bu şişlərin mənşəyi tapılmalıdır. Dəqiq diaqnozdan sonra gərəkli olan müalicə başlanılmalıdır”.

 

Mənbə: İmmunitet.az

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

İlan özünün dili ilə ətraf mühitdən hissəciklər toplayır və onları ağız boşluğuna "analiz etmək" üçün göndərir. Bu prosedur ona qurbanını izləməyə və təhlükəni hiss etməyə kömək edir.

Redaktor seçimi

SON XƏBƏRLƏR