Slimfit
  1. DİN

Oruc tutmuş şəxsin hovuzda çimməsinə icazə varmı?

Oruc tutmuş şəxsin hovuzda çimməsinə icazə varmı?
Sakura

Oruc tutmuş şəxsin hovuzda çimməsinə icazə varmı?

Orucluq zamanı yuyunmağın və çimməyin heç bir maneçiliyi yoxdur. Əlbəttə, bu zaman ağız, burun və qulaq dəliklərindən su keçməməsinə diqqət yetirmək lazımdır. Oruc tutan şəxsin tamamilə suya baş vurmasına gəlincə, bu barədə alimlərin fikri fərqlidir. Əhli-sünnə məzhəbinə görə, oruclu ikən suya baş vurmaq orucu pozmasa da, bəyənilməz işdir. Suya baş vuran adam ağzını bağlamalı, burun və qulaq dəliklərini (əli ilə və ya pambıqla) qapamalıdır. Cəfəri məzhəbində əksər müctəhidlər oruclu adamın qəsdən başını suya tamamilə batırmasına ya mütləq şəkildə, ya da ehtiyata uyğun olaraq icazə verməmişlər. Lakin Ayətullah Sistani suya tam baş vurmağı şiddətli dərəcədə məkruh (bəyənilməz) iş saysa da, orucu batil etmədiyinə fətva vermişdir.

Mənbə: İslam.az

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Hacı Zeynalabdin Tağıyevin cangüdəni, 1900-cü il.

Redaktor seçimi

SON XƏBƏRLƏR