Slimfit
  1. DÜNYA

Burcanadze “Qavrilov olayı”na görə Rusiyadan üzr istədi

Burcanadze “Qavrilov olayı”na görə Rusiyadan üzr istədi
Sakura

Burcanadze “Qavrilov olayı”na görə Rusiyadan üzr istədi

Gürcüstanın eks-spikeri Nino Burcanadze Qavrilov olayına görə Moskvadan üzr istəyib.

Axar.az xəbər verir ki, Burcanadze bunu Rusiya Federasiya Şurasının Beynəlxalq Münasibətlər Komitəsinin rəhbəri Konstantin Kosaçevlə görüşü zamanı deyib.

“Mən bu insidentə görə üzr istəməkdən qorxmuram. Mən bu olayı ilk növbədə gürcü xalqı və dövlətinə təhqir hesab edirəm”, - deyə o bildirib.

Qeyd edək ki, cari ilin iyununda Tiflisdə Parlamentlərarası Pravoslav Assambleyasının iclası keçirilib. İclasa Rusiya nümayəndə heyəti də qatılıb.

Assambleyaya sədrlik edən rusiyalı kommunist Sergey Qavrilovun Gürcüstan parlamentinin spikerinin yerində oturması deputatların kəskin etirazına səbəb olmuşdu. Nəticədə Tiflisdə genişmiqyaslı etiraz aksiyalarına star verilmişdi. Bunun ardınca Qavrilov Gürcüstanı təcili tərk etmiş, spiker İrakli Kobaxidze isə istefaya getmişdi.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Filin ürəyinin çəkisi 30kq-dır

Redaktor seçimi

SON XƏBƏRLƏR