Slimfit
  1. MARAQLI

Buranın həbsxana olduğuna heç kim inanmır

Buranın həbsxana olduğuna heç kim inanmır
Sakura

Buranın həbsxana olduğuna heç kim inanmır

Həbsxana deyildikdə bir çox inanın ağlına pis görüntülər, pis yeməklər, azğın cinayətkarlar gəlir.

Metbuat.az xarici mediaya istinadl bildirir ki, Norveçdə yerləşən təhlükəli cinayətkarların saxlanıldığı yüksək qorumalı Halden həbsxanası isə tamamilə fərqlidir. Bura hər məhkumun xüsusi otağının olduğu, gümüş çəngəl-bıçaqla yeməklərin yeyildiyi, intrnetin və televiziyanın olduğu, hər otağında hamamın olduğu bir həbsxanadır.

Burada ədalət sistemi cinayətkarları reabilitasiya etməyə yönəlib. Yəni onları cəmiyyətə qazandırmağa çalışırlar, digər ölkələrdən fərqli olaraq onların cəzalarını cəmiyyətdən və insanlardan tamamilə uzaqlaşdırılaraq çəkməsinin tərəfdarı deyillər. Çünki Norveçdə ömürlük həbs cəzası yoxdur və burada cinayətkarların bir gün yenidən cəmiyyətə qarışa biləcəklərinə inanırlar.

Halden həbsxanası 2010-cu ildə xidmətə verilib və yüksək nəzarətli həbsxana olması ilə yanaşı dünyanın ən insancıl həbsxanası olaraq da tanınır.

Memar Erik Moller tərəfindən dizayn edilən həbsxana təbiətin qoynunda inşa edilib və ətrafı ağaclarla əhatələnib. Məhkumların hər an təbiəti görə bilməsi və günəş işığından faydala biməsi üçün həbsxananın 4 bir tərəfində pencərələr var.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Dünyada ilk saç feni

Redaktor seçimi

SON XƏBƏRLƏR