Dərc edildi: Baxış sayı: 286
Bura Ukraynanın qalasıdır, ruslar 9 ildir ala bilmir
Rusiya qoşunları Donetsk vilayətinin Avdeyevka yaxınlığında hücumlarını artırıb.
Ens.az Axar.az-a istinadən xəbər verir ki, bunu ukraynalı hərbi ekspert Aleksandr Kovalenko bildirib.
Hərbi ekspert hesab edir ki, ruslar Baxmutda uğur əldə olunmaması fonunda Avdeyevka istiqamətində müəyyən perspektiv görüblər.
Ekspertin fikrincə, Avdeyevka şəhəri rus qoşunları üçün böyük problemdir.
"Ruslar orada növbəti qələbəni nümayiş etdirməyə çalışacaqlar, lakin belə hərəkətlər məntiqli deyil, çünki Avdeyevka 2014-cü ildən Ukrayna Silahlı Qüvvələrinin qalasıdır. Orada müxtəlif intensivliklə də olsa, döyüşlər 9 il davam edir".
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət