Slimfit
  1. MARAQLI

Bunları tozsoranla təmizləmək olmaz

Bunları tozsoranla təmizləmək olmaz
Sakura

Bunları tozsoranla təmizləmək olmaz

Gündəlik həyatımızda istifadə etdiyimiz tozsoran çox işlərimizə kömək edir. Ətrafa tökülən qırıltıları və tozları təmizləməyin ən asan yolu tozsoranlamaqdır. Amma bəzi şeylər cihaza ziyan edə bilər. Mütəxəssislər bildirirlər ki, tozsoranla hər şeyi çəkmək olmaz. Əgər tozsoranınız tez xarab olub və pis qoxu verirsə bunun səbəbi yanlış sordurtduğunuz maddələr və ya yemək qırıntıları ola bilər.

Azadinform həmin araşdırmanı təqdim edir:

Şüşə qırıntıları

Şüşə qırıntılarının böyük parçalarını tozsoranla çəkdiyiniz zaman cihazın içərisinə zərər verə bilər. Bu səbəbdən də böyük parçaları özünüz toplayıb, kiçikləri isə tozsoranla çəkməyiniz daha doğrudur.

Kağız parçaları

Kiçik kağız parçaları cihazın hava yolunu çox tez tıxayar. Bu cihazın çox isinməsinə və mühərrikinin xarab olmasına gətirib çıxarır. Parçalar istinin təsiri altında vakumun içərisində tez əriyir, çətin yerlərə ilişir və vakkumun işləməsini dayandırır.

Qəhvə tozu

Yerə tökülən nəm qəhvəni tozsoran çəkdiyi zaman yaş olduğu üçün top halında cihazın borusunu bağlaya bilir. Ya da içərisində kiflənmə edə bilər.

Kosmetik məhsullar

Quru kimi görünən kosmetikalar isti havanın təsiri altında əriməyə başlayan müxtəlif yağlar və maddələr tərkiblidir. Bu səbəbdən də kosmetik məhsullar tozsoranın düşmənlərindən biridir.

Saç telləri

Saç telləri filtrləri çox tez bağlayar və tozsoranın gücünü xeyli azaldır.

Bitki torpağı

Bitki torpağı və yarpaqları da tozsoranla çəkildiyində cihazın tıxanmasına səbəb ola bilir.

Yaş şeylər

Əgər tozsoranınızın sulu yerlərdə işləmə özəlliyi yoxdursa diqqətli olun. Bu özəlliyi olmayan cihazlar mayeni çəkərək cihazın içərisində kif edər. Ən qorxulusu isə elektriklə bağlı problem yaşana bilər.

Un

Əgər unu tozsoranla çəkmək lazımdırsa, nə qədər təmizlədiyinizə diqqət etməlisiniz. Kiçik bir ovuc unu tozsoranla çəkməyiniz problem yaratmaz. Amma bütün paketi töksəniz, əlinizlə təmizləmək daha yaxşıdır.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

İspaniya tərcümədə "dovşanlar məkanı" deməkdir

Redaktor seçimi

SON XƏBƏRLƏR