Bunlar hər gün masanızda olmalıdır! Qaraciyərin 3 sadiq dostu
Sizə qaraciyərin sağlamlığı üçün çox faydalı olan 3 sadə və əlçatan məhsulu təqdim edirik.
1. Bişmiş çuğundur
Çuğundur qaraciyər üçün çox faydalıdır - qaraciyəri təmizləyir, orqanın fəaliyyətini yaxşılaşdırır. Həmçinin çuğundur öd kisəsinin və bağırsaqların da işini sürətləndirir, orqanizmdə pis xolersterinin səviyyəsini aşağı salır ki, bunlar da qaraciyərin sağlamlığı üçün çox vacibdir.
Qaraciyəri sağlam saxlamaq üçün bişmiş çuğundur hər gün masanızda olmalıdır.
2. Sarımsaqlı qatıq
Saglamolun.az bildirir ki, sarımsaq qaraciyər üçün ən faydalı məhsullardan biridir. Sarımsağın tərkibində olan "metionin" adlı maddə qaraciyərin hüceyrələrini mənfi təsirlərdən qoruyur.
Sarımsaq qaraciyəri təmizləyir, ödün ifrazını artırır, xolesterini aşağı salır.
Süd məhsulları təbii detoksdur. Onlar orqanizmi ziyanlı maddələrdən təmizləyir, həzm proseslərini və bağırsaqların mikroflorasını yaxşılaşdırır, qaraciyərə düşən gərginliyi azaldır.
Gün ərzində 1 kasa sarımsaqlı qatıq yeyin.
3. Limonlu su
Limonlu su orqanizmi və o cümlədən qaraciyəri çox yaxşı təmizləyir, qaraciyərin piylənməsinin qarşısını alır.
Günü 1 stəkan limonlu su ilə başlayın.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət