Slimfit
  1. AZƏRBAYCAN

Bulvarda möhtəşəm fləşmob keçiriləcək

Bulvarda möhtəşəm fləşmob keçiriləcək
Sakura

Bulvarda möhtəşəm fləşmob keçiriləcək

Dənizkənarı Bulvar İdarəsi Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının növbəti ildönümü münasibətilə “Himnimizi birgə oxuyaq!” adlı fləşmob təşkil edəcək. Fləşmob azərbaycançılıq ideologiyasının rəmzi olan dövlət himnimizin əhəmiyyətinə diqqət çəkmək məqsədilə keçiriləcək.

Dənizkənarı Bulvar İdarəsinin mətbuat xidmətindən Axar.az-a bildiriblər ki, layihə çərçivəsində vətəndaşların, xüsusilə gənclərin iştirakı ilə Azərbaycan Respublikasının dövlət himni Bulvar ərazisində canlı ifa olunacaq. Dənizkənarı Bulvar İdarəsinin həyata keçirdiyi layihələr içərisində azadlığımızın, suverenliyimizin simvolu olan dövlət atributlarının mahiyyətinin və əhəmiyyətinin təbliğ olunması, vətəndaşlara, xüsusilə gənc nəslə Azərbaycan bayrağına, gerbinə və himninə hörmət hissinin aşılanması, cəmiyyətdə vətənpərvərlik ruhunun möhkəmləndirilməsi mövzusunda tədbirlər mühüm yer tutur.

Qeyd edək ki, fləşmob mayın 28-də, saat 16.00-da Dənizkənarı Milli Parkda, Azneft Meydanı ərazisində təşkil olunacaq.

 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Dünyanın ən bahalı evini Frenk Bakli tikib. İrland dizayneri tikinti materialı əvəzinə puldan istifadə edib

Redaktor seçimi

SON XƏBƏRLƏR