Bulvarda atraksionları söküb kafe və restoran tikdilər
Dənizkənarı Bulvarın ərazisində fəaliyyət göstərən çox sayda atraksion yığışdırılıb. Onların yerində indi kafe və restoranlar yerləşir.
“Xezerxeber.az”ın məlumatına görə, bir neçə il əvvəl ərazidə 40-a yaxın atraksion olub.
Məsələyə münasibət bildirən Dənizkənarı Bulvar İdarəsindən qeyd ediblər ki, ərazidən çıxarılan atraksionlar başqa yerdə quraşdırılacaq. Ancaq çəkiliş zamanı bununla bağlı hər hansı hazırlıq işlərinin görülməsini müşahidə etmədik. Övladlarını bulvarda istirahətə gətirən valideynlər isə bildirdilər ki, bulvarda uşaqların istirahət edəcəyi məkanların ləğv edilməsini yox, saylarının artırılmasını istəyirlər.
Məsələ ilə bağlı “Xəzər Xəbər”in sorğusuna cavab verən Dənizkənarı Bulvar İdarəsi sədrinin müşaviri Könül İmamverdiyeva bildirib ki, həmin atraksionların istismar müddəti bitdiyi üçün sökülüb.
“Yaxın gələcəkdə bulvar ərazisində yeni atraksionların quraşdırılması gözlənilir. Hazırda yeni atraksionların quraşdırılması ilə bağlı investorlarla danışıqlar aparılır”, - deyə o vurğulayıb.
Mövzu ilə bağlı daha ətraflı videomaterialda:
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət